Elektrik enerjisinin kəsilməsindən sonra hərbi hissələrdəki vəziyyətlə bağlı


Digərləri 03 İyl 2018 12:58:38 304 0

Elektrik enerjisinin kəsilməsindən sonra hərbi hissələrdəki vəziyyətlə bağlı

Hərbi infrastukturun tam şəkildə fəaliyyətinin təmin edilməsi məqsədilə Müdafiə Nazirliyinin bütün hərbi hissələri, hərbi tibb müəssisələri, maddi-texniki təminat, rabitə, kəşfiyyat bölmələri, o cümlədən xüsusi təyinatlı hərbi təhsil müəssisələri və digər hərbi obyektləri xüsusi rejimdə fəaliyyət göstərən ehtiyat enerji mənbələri ilə təchiz edilib. Elektrik enerjisi olmadıqda həmin enerji mənbələri avtomatik rejimdə işə düşür.

Son.az xəbər verir ki, bunu Müdafiə Nazirliyindən iyulun 3-də Azərbaycanda elektrik enerjisinin verilməsinin müvəqqəti dayandırılması ilə əlaqədar hərbi hissələrdə hər hansı bir problemin olub-olmaması barədə suala cavab olaraq bildirilib.