SOCAR istiqrazlarının qiyməti qalxır


Digərləri 03 İyl 2018 12:44:00 373 0

SOCAR istiqrazlarının qiyməti qalxır

SOCAR istiqrazları yenə bahalaşır

SOCAR istiqrazları yenə bahalaşır.

SOCAR istiqrazlarına təkrar bazarda tələbat kəskin artıb. İstiqrazların təkrar bazarı üzrə marketmeykeri  "PSG Kapital" şirkətindən Son.az-a verilən məlumata görə, hal-hazırda SOCAR İstiqrazlarını birjada 1010,17 dollara satmaq, 1013,50 dollara almaq olar.

Qiymət artımına əsas səbəb isə əhalinin istiqrazlara olan tələbatının artması göstərilir.

Likvidliyi, yəni dərhal pula çevrilmək imkanı, yüksək gəlirliliyi,  SOCAR-ın geri alma zəmanəti, eləcə də, faizlərin qrafik üzrə vaxtında ödənilməsi istiqrazları cəlbedici yatırım vasitəsinə çevirib. Nəticədə bu qiymətli kağızları almaq istəyən fiziki və hüquqi şəxslərin sayı artır.

SOCAR istiqrazları ilə REPO əməliyyatları - Söhbət milyonlardan gedir SOCAR İstiqrazlarının təkrar bazarının başlamasından indiyədək 156 milyon dollardan çox istiqraz ticarəti edilib.