Belçika bunu 1966-cı il dünya çempionatından sonra edən ilk komandadır


İdman 03 İyl 2018 12:40:00 278 0

Belçika bunu 1966-cı il dünya çempionatından sonra edən ilk komandadır

Belçika millisi DÇ-2018-də diqqətəlayiq statistikanı təkrarlayıb.Goal.az xəbər verir ki, “qırmızı şeytanlar” 1/8 final mərhələsinin Yaponiya ilə qarşılaşmasında 2 top fərqini aradan qaldırıb.3:2 hesabı ilə qalib gələn Roberto Martinesin yetirmələri son 52 ildə mundialda belə əzmkarlıq göstərən ilk komanda olub. DÇ-lərdə oyunun əsas vaxtında 2 top fərqini aradan qaldıraraq qalib gələn sonuncu komanda Portuqaliya idi. Pireney təmsilçisi 1966-cı ildə KXDR-la qarşılaşmada 5:3 hesabı ilə qalib gəlmişdi.

DÇ-1970-də də bənzər hadisə yaşanıb. Həmin vaxt Almaniya İngiltərəni 3:2 hesabı ilə yenib. Lakin Belçika və Portuqaliyadan fərqli olaraq, Bundestim əsas vaxtda hesabı bərabərləşdirib (2:2), qələbə qolunu isə əlavə olunmuş yarım saatda vurub.