İcra başçısı: "Elektrik enerjisində fasilə Sərsəng su anbarının fəaliyyətinə problem yaratmayıb"


Digərləri 03 İyl 2018 12:20:00 297 0

İcra başçısı: "Elektrik enerjisində fasilə Sərsəng su anbarının fəaliyyətinə problem yaratmayıb"

Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma Tərtər rayonu ərazisindəki Sərsəng Su Anbarının fəaliyyətinə ciddi təsir etməyib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.

İcra başçısı bildirib ki, rayon ərazisində elektrik enerjisinin verilməsi təmin olunmasa da, rayonun su təchizatında problem yaşanmayıb: "Hələ ki, elektrik enerjisinin verilməsi ilə əlaqədar tədbirlər davam etdirilir. Xəstəxana, hüquq-mühafizə orqanlarıvə digər qurumların fəaliyyət göstərdikləri binalarda elektrik generatorları var və həmin generatorlar binaları elektrik enerjisi ilə təmin edir. Sərsəng Su Anbarında da hələlik ehtiyat suyumuz var. Ona görə də, su təchizatında bu gün problem olmayacaq. Yəqin ki, bu gün elektrik enerjisinin verilişi bərpa ediləcək".