Azərbaycan Ordusunun döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilib FOTO


Digərləri 03 İyl 2018 12:18:00 311 0

Azərbaycan Ordusunun döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilib  FOTO

Genişmiqyaslı təlimlərin planına əsasən təlimlərdə iştirak edən döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilib.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, "həyəcan" siqnalı ilə qaldırılan döyüş aviasiya vasitələri ehtiyat aerodromlarına çıxarılıb.

Hava hücumundan müdafiə vasitələrinin ərazidə yerləşdirilməsi sona çatdırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən iyulun 2-də Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri başlayıb.


Xəbərə aid fotolar