Azercell-də təcrübə keçəcək tələbələrin adları açıqlandı (FOTO)


Digərləri 03 İyl 2018 12:02:00 285 0

Azercell-də təcrübə keçəcək tələbələrin adları açıqlandı (FOTO)

“Azercell Telekom” MMC-nin 2018-ci il üçün elan etdiyi Yay Tələbə Təcrübə proqramının qalibləri bəlli olub.

Bakı. “Azercell Telekom” MMC-nin 2018-ci il üçün elan etdiyi Yay Tələbə Təcrübə proqramının qalibləri bəlli olub. Trend-in məlumatına görə, respublikamızın ali məktəblərində müxtəlif ixtisaslar üzrə və Təhsil Nazirliyi SABAH Qruplarında təhsil alan 20 tələbə bu yay Azercell şirkətinin təcrübə proqramında iştirak etmək imkanı əldə edib. Qalib tələbələrin iştirakı ilə baş tutan “Azercell-də ilk gün” adlı tədbirdə təcrübə proqramı və şirkətin fəaliyyəti haqqında məlumat verilib. Sentyabr ayının 1-nə qədər davam edəcək Azercell Yay Təcrübə proqramı ali məktəblərin sonuncu kurs tələbələrinə əldə etdikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək, telekommunikasiya sahəsində müəyyən təcrübə əldə etmək, maraqlı və məsuliyyətli layihələrdə iştirak etmək və gələcək karyeralarını qurmaq imkanı yaradır.