Elektrik enerjisində fasilə gömrükkeçid məntəqələrində sıxlığa səbəb oldu


Digərləri 03 İyl 2018 11:41:00 218 0

Elektrik enerjisində fasilə gömrükkeçid məntəqələrində sıxlığa səbəb oldu

Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş hadisə ilə bağlı Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində problem yaranıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, artıq həmin problem aradan qaldırılıb.

"Həmin problemin aradan qaldırılması müddəti ərzində sərhəd-keçid məntəqələrində nisbi sıxlıq yaranıb. Artıq Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində yaranan problem aradan qaldırılıb. Sərhəd-keçid məntəqələrində nisbi sıxlığı aradan qaldırmaq üçün hazırda əlavə qüvvələr cəlb olunub.