İspaniya telekanalı Neymarın Real-a transferi ilə bağlı xəbər yaydı


İdman 03 İyl 2018 11:45:00 352 0

İspaniya telekanalı Neymarın Real-a transferi ilə bağlı xəbər yaydı

İspaniyanın TVE kanalı Real Madrid-in Neymarı transfer etmək üçün təklif göndərdiyini iddia edib. Goal.az xəbər verir ki, Madrid klubunun PSG-yə 310 milyon avro təklif etdiyi bildirilib. Neymarın 7 illik müqavilə və 45 milyon avro məvacib istədiyi qeyd olunub. TVE əvəzində Kriştianu Ronaldonun transferə çıxarılacağını da ortaya atıb.

Real bu informasiyanı rəsmi saytı vasitsilə təkzib edib. Klub xəbəri çaşqınlıqla qarşıladığını bildirib.