"Semaşko" işıqsız qalıb - VİDEO


Sosial 03 İyl 2018 10:56:20 259 0

"Semaşko" işıqsız qalıb - VİDEO

Həkimlər əl fanarlarının köməkliyi ilə ilkin tibbi yardım göstərib

1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") işıqsız qalması həkimlərin işində çətinlik yaradıb.

"Report" xəbər verir ki, xəstəxanaya müraciət edən xəstələrdən yüngül xəsarət alanları 3 saylı Kliniki Tibbi Mərkəzə və Travmatoji Mərkəzə yönləndirilib.

Həkimlər məcbur olub əl fanarlarının köməkliyi ilə ilkin tibbi yardım göstərib.

Elektrik cərayanı ilə qidalanan aparatlardan istifadə etmək mümkün olmayıb.