Faciəvi şəkildə ölən müğənninin atasının paylaşımı


Dünya 03 İyl 2018 10:50:00 212 0

Faciəvi şəkildə ölən müğənninin atasının paylaşımı

İstanbulun Şile rayonunda 5 nəfərin içərisində olduğu yaxta ilə dənizdə yoxa çıxan və ölüm xəbəri ilə Türkiyəni yasa boğan gənc müğənni Onur Can Özcanın atası sosial şəbəkə hesabından etdiyi paylaşımıyla ürəkləri dağlayıb.

Son.az Haberler-ə istinadən xəbər verir ki, 21 yaşlı musiqiçi Onur Can Özcanın cansız bədəni qayalıqlarda aşkar edilib.

OĞLUNUN ÖLDÜYÜ QAYALIĞA GETDİ!

Gənc müğənninin atası Metin Özcan oğlunun ölümündən təxminən 1 ay sonra hesabından etdiyi paylaşımla hər kəsi duyğulandırıb.

Özcan oğlunun tapıldığı qayalığa gedib Onur Canın 57 milyon insan tərəfindən dinlənilən mahnısı "Yaramızda Kalsın"ın yazıldığı qayanın fotosunu paylaşıb.


Xəbərə aid foto