ANAMA iyunun nəticələrini açıqladı - 38 hərbi sursat və 1 mina məhv edilib


Digərləri 03 İyl 2018 10:59:02 227 0

ANAMA iyunun nəticələrini açıqladı - 38 hərbi sursat və 1 mina məhv edilib

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 2018-ci ilin iyun ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə məlumat yayıb.

Bakı. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 2018-ci ilin iyun ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə məlumat yayıb. Agentlikdən Trend-ə verilən məlumata görə, iyun ayı ərzində ANAMA tərəfindən Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Füzuli, Xızı, Xocavənd, Qazax, Lənkəran, Tərtər rayonları və Bakı, Gəncə və Yevlax şəhərləri ərazisində 281 091 m² ərazi yoxlanılıb, 38 ədəd partlamamış hərbi sursat (PHS) və 1 ədəd tank əleyhinə mina (cəmi 39 ədəd) aşkar edilərək zərərsizləşdirilib. Əməliyyatlarda 484 nəfər əməliyyat heyəti, 134 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edib.