“Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 26-cı sayı nəşr olunub (FOTO)


Digərləri 03 İyl 2018 10:44:00 256 0

“Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 26-cı sayı nəşr olunub (FOTO)

“Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 26-cı sayı nəşr olunub

Bakı. “Azər-İlmə” Xalçaçılıq Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin birgə təsisçiliyi ilə nəşr olunan “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 26-cı sayı işıq üzü görüb. Mərkəzdən Trend-ə verilən məlumata görə, sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalda rəsmi xronika, sənətşünaslıq, tarixşünaslıq, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, reportajlar, elmi məqalələr, maraqlı tərcümə materialları yer alıb. Jurnalda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Naxçıvan şəhərinin İslam mədəniyyəti paytaxtı elan edilməsi ilə bağlı silsilə yazılar, həmçinin Əhməd Quliyevin (AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu) “Səfəvi dövrü Azərbaycan xalçaları ingilisdilli tarixşünaslıqda”, Fizzə Quliyevanın (AMEA Naxçıvan Bölməsi) “Naxçıvan xalçalarında buta naxışının inkişaf xüsusiyyətləri”, Şahin Ağayevin (AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu) “Şah Səfi dövründə ipək ticarətinin inkişafına zəmin yaradan amillər”, s.ü.f.d. Fəridə Mir-Bağırzadənin (AMEA Memarlıq və İncəsənət İnstitutu) “İpək Şərq xalçaları və onların rəmzi məzmunlu naxışları”, t.ü.f.d Həbibə Əliyevanın (AMEA Milli Azərbaycan Tarixi Muzeyi) “Azərbaycan xalçalarındakı ərəb qrafikalı yazılar ulu tariximizdir”, t.ü.f. d. Pərvin Gözəlovun (“Qəsr” İctimai Birliyi) “Azərbaycanın İrəvan və Naxçıvan xanlıqlarına məxsus bayraqlarda şir simvolu”, t.ü.f.d. Sara Hacıyevanın (AMEA Naxçıvan Bölməsi) “Şəbəkəçilik sənəti haqqında”, t.ü.f.d. Mərziyə İsgəndərovanın (AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu) “Rusiya-Qacar müqavilələrinin Azərbaycan xalqının taleyində həlledici rolu (diplomatik aktların tarixi-analitik aspekti)”, fil.ü.f.d. Çinarə Rzayevanın (AMEA Naxçıvan Bölməsi) “Azərbaycan xalçaları şifahi xalq ədəbiyyatında”, t.ü.f.d. Məlahət Fərəcovanın “Qobustanın qayaüstü incəsənəti”, Ajap Bayriyevanın (Türkmənistan) “Türkmən tikmələrində xalça ornamentlərinin təkümülü”, t.ü.f.d. Zeynəb Quliyevanın “Naxçıvanın qədim əkinçi-maldar tayfalarının mədəniyyəti” və s. kimi məqalələri yer alıb.