Günün sonuna kimi Bakının su təminatı tam bərpa olunacaq "Azərsu"


Digərləri 03 İyl 2018 10:38:07 263 0

Günün sonuna kimi Bakının su təminatı tam bərpa olunacaq  "Azərsu"

Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma nəticəsində ölkənin su təchizatında yaranmış fasilələr aradan qaldırılmaqdadır.

Son.az xəbər verir ki, bunu Trend-ə "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib.

A.Cəbrayıllı qeyd edib ki, elektrik enerjisinin verilməsinin dayandırılması suyun Oğuz-Qəbələ, Ceyranbatan və Kürdən paytaxta çatdırılmasında problemlər yaradıb: "Hal-hazırda bu istiqamətdə bərpa işləri aparılır. Artıq Ceyranbatan su anbarında təmizləyici qurğularda rejim tam bərpa olunub və anbarda bütün qurğular tam gücü ilə işləyir. Kür təmizləyici qurğuların 75-80 faizi, Şollar su xətti də tam gücü ilə işləyir. Oğuz-Qəbələ-Bakı su kəməri isə hələ ki qoşulmayıb. Hazırda həmin xəttin qoşulmasına hazırlıq işləri gedir".