Səhiyyə Nazirliyi: "Mingəçevir İESdə baş vermiş yanğın xəstəxanaların işində problem yaratmayıb"


Digərləri 03 İyl 2018 10:05:00 483 0

Səhiyyə Nazirliyi: "Mingəçevir İESdə baş vermiş yanğın xəstəxanaların işində problem yaratmayıb"

Mingəçevir İES-də baş vermiş yanğın xəstəxanaların işində problem yaratmayıb.

Son.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirovun Trend-ə verdiyi məlumata görə, ölkə ərazisində fəaliyyət göstərən xəstəxanalar generatorla təchiz olunub: "Elektrik enerjisinin verilişi dayandırıldıqda, generatorlar avtomatik işə düşüb və xəstəxanaları fasiləsiz elektrik enerjisi ilə təmin edib. Xəstələr arasında ölüm faktı qeydə alınmayıb".