Bakıda “Lumegrand Interiors” şourum-konsept stor açılıb - FOTO


Digərləri 03 İyl 2018 10:00:00 320 0

Bakıda “Lumegrand Interiors” şourum-konsept stor açılıb - FOTO

Bakı şəhərində “Lumegrand Interiors” şourum-konsept stor açılıb.

Bakı. Bakı şəhərində “Lumegrand Interiors” şourum-konsept stor açılıb. 2006-ci ildə fəaliyyətə başlayan LUMEGRAND şirkətinin (Ak. Həsən Əliyev 3C, Telefon: (+99412) 377-05-05, Mobil: (+99455) 226-90-01) paytaxtda 4 pərakəndə işıqlandırma satış mağazası var. “Lumegrand Interiors” mağazası 4 mərtəbədən ibarətdir. Burada müştərilərə ev üçün çilçıraqlarla yanaşı, dekor aksessuarları, mebel dəstləri, divar kağızları, xalça, pərdə kimi ev üçün lazımlı əşyalar təqdim olunur. Mağazada satışa çıxarılan məhsulların əksəriyyəti Avropa ölkələrindən gətirilir. Belə ki, mebellər qabaqcıl İtaliya fabriklərinin məhsullarıdır. İşıqlandırma sistemləri İtaliya, İspaniya, Avstriya, xalçalar isə Türkiyə və Hindistanda istehsal olunur. Hindistandan əl işi xalçalarından başqa, əl toxuması olan dekorativ balış üzləri, pledlər və puflar da idxal olunur. Burada yumşaq mebellərdən olan “Calia Italia”, “Gamma Arredamenti”, “Prianera” fabriklərinin məhsulları ilə yanaşı, müştərilərə həmçinin klassik və art-deko üslubunda olan “Morello Gianpaolo”, “Dall’Agnese”, “Ferretti e Ferretti” “Fasolin” və loft üslubunda “Dialma Brown” markalarının məhsulları da təqdim edilir. Şirkətin təsisçisi və baş direktoru Tural Əhmədov bildirib ki, “Lumegrand Interiors” mağazasını rəqiblərindən fərqləndirəcək əsas xüsusiyyəti yüksək keyfiyyətli və dəbli Avropa məhsullarını müştərilərə münasib qiymətə təqdim edilməsi olacaq: