Teleradio İstehsalat Birliyinin xalis zərəri 10 dəfəyə yaxın azalıb


İqtisadiyyat 03 İyl 2018 09:15:38 414 0

Teleradio İstehsalat Birliyinin xalis zərəri 10 dəfəyə yaxın azalıb

Rabitə müəssisəsinin aktivləri də cüzi azalıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Teleradio İstehsalat Birliyinin (Birlik) cəmi aktivləri bu il yanvarın 1-nə 17,31 mln. manat təşkil edib.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 1,5% azdır.

2017-ci ildə Birliyin uzunmüddətli aktivləri 2,2% azalaraq 14,051 mln. manata, cari aktivləri isə 1,8% artaraq 3,258 mln. manata çatıb.

Hesabat dövründə rabitə müəssisəsinin cəmi öhdəlikləri 7,4% azalaraq 1,805 mln. manat, o cümlədən uzunmüddətli öhdəlikləri dəyişməyərəjk 755 min manat, qısamüddətli öhdəlikləri isə 12,1% azalaraq 1,05 mln. manat olub.

Ötən il Birliyin xidmətlərin göstərilməsindən gəliri 10,082 mln. manat (əvvəli ilə nisbətən 10,9% çox), xidmətlərinin maya dəyəri 7,587 mln. manat (8,9% az), inzibati xərcləri 2,927 mln. manat (39,7% çox), sair gəlirləri 349 min manat (71,9% çox), məzənnə fərqindən zərəri 33 min manat (əvvəlki il gəlir olub) təşkil edib. Son nəticədə qurum 2017-ci ili 116 min manat xalis zərərlə başa vurub. Bu, 2016-cı illə müqayisədə 9,65 dəfə azdır.