Metroda hərəkət bərpa olundu


Digərləri 03 İyl 2018 09:06:00 273 0

Metroda hərəkət bərpa olundu

Bakı metropoliteninin Bənövşəyi xəttində - "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları arasında hərəkət bərpa olunub.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Metropoliteni mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, sərnişinlər stansiyadan istifadə edə bilərlər.

İyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb.