Bərdədə iki avtomobil toqquşub, ölənlər var


Digərləri 03 İyl 2018 08:58:00 336 0

Bərdədə iki avtomobil toqquşub, ölənlər var

Bərdədə ağır yol qəzası baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əmirli kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan  "VAZ 2107" markalı avtomobil  qarşıdan gələn "Hyundai"la toqquşub.

İlkin məlumata əsasən, qəza nəticəsində 2 nəfər ölüb. Onların şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.