iOS 12 ilə dəyişən və təkminləşən 5 funksiya


Digərləri 03 İyl 2018 08:31:00 269 0

iOS 12 ilə dəyişən və təkminləşən 5 funksiya

Sentyabrda stabil versiyası çıxması planlanan iOS 12 bildiyimiz kimi 3-4 gün əvvəl Public Beta olaraq hərkəs üçün yayımlanmışdı.

Son.az technote.az-a istinadən bildirir ki, yükləmək üçün əvvəlcə bu məqaləni oxuyun. Bu versiyanın ən əsas xüsusiyyəti iOS 11'dəki problemləri aradan qaldırmaq və iOS'un adına yaraşan stabilliyi təmin etməkdir. Əlavə olaraq iOS 12 ilə bir sıra yeniliklər də gələcək. Ən gözlənilən və sevəcəyiniz 5 funksiyanı cəmlədik.

1. Yeni və təkminləşdirilmiş AR dəstəyi gələcək.    

Bu funksiya ilə kamera vasitəsilə ətrafdakı cisimləri ölçə biləcəksiniz. Kamera cismi skan etdikdən sonra 3Dformat da cisim ekrana yansıdılacaq və ölçüləri göstəriləcək. ArKit 2.0 olaraq adlanacaq bu proqram dəstəyi ilə gerçəklik texnologiyası Apple cihazları tərəfindən daha yaxşı mənimsəniləcək.

2. Bildirimlər artıq ayrı-ayrı göstərilməyəcək. Android'də olduğu kimi cəmlənəcək.    

iOS-un ən mənfi cəhətlərindən biri proqramlardan gələn bildirimlərin tək-tək göstərilməsi idi. Bu bildirimləri oxumağı bir xeyli qarışıq və çətin bir hala gətirirdi. İndi isə artıq eyni proqram və ya eyni şəxslərdən gələn bildirimlər tək-tək yox, cəm şəklində toplanacaq. Ekranı sağa-sola sürüşdürərək hər bildirimə baxa biləcəksiniz.

3. Batareya analizi: Hansı proqramın nə qədər batareya işlətdiyinə baxmaq mümkün olacaq.