"Azərbaycan" İESdə qəza nəticəsində yanğın baş verib


Digərləri 03 İyl 2018 08:33:00 341 0

"Azərbaycan" İESdə qəza nəticəsində yanğın baş verib

Stansiya ərazisinə giriş məhdudlaşdırılıb

Mingəçevir şəhərində yerləşən "Azərbaycan" İES-nin yarımstansiyasında qəza nəticəsində yanğın baş verib.

Son.az "Report"a istinadən bildirir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları və təcili tibbi yarım xidmətinin əməkdaşları cəlb olunub.

Məlumata görə, hadisə enerji bloklarından birində baş verib. Hazırda ölən və ya yaralananların olması barədə məlumat yoxdur.

.