Ehtiyatvacib və ehtiyatmüstəhəb nədir?


Digərləri 03 İyl 2018 08:25:00 206 0

Ehtiyatvacib və ehtiyatmüstəhəb nədir?

Ehtiyat-vacib odur ki, insanın təqlid etdiyi müctəhid hər hansı məsələ barəsində qəti fətva vermir və buyurur ki, ehtiyata görə filan əməl bu qayda ilə yerinə yetirilsin. Bu halda insan ya gərək bu ehtiyata əməl etsin, ya da elmdə bu müctəhiddən aşağı, amma qalan müctəhidlərdən üstün olan müctəhidin fətvasına əməl etsin.

Son.az islam.az-a istinadən bildirir ki, amma əgər insanın təqlid etdiyi müctəhid bir məsələ haqqında qəti fətva verdikdən sonra buyursa ki, ehtiyata görə bu əməli filan cür də etmək olar - buna ehtiyat-müstəhəb deyirlər. (Məsələn, namazın III və IV rükətlərində təsbihati-ərbəəni bir dəfə demək kifayətdir, amma ehtiyata görə üç dəfə deyilsin). Bu halda insan başqa müctəhidin fərqli fətvasına müraciət edə bilməz. Gərək təqlid etdiyi müctəhidin ya qəti fətvasına, ya da ehtiyati-müstəhəbə əməl etsin.