Bakıda və Ağsuda ev yanıb


Digərləri 03 İyl 2018 08:30:00 255 0

Bakıda və Ağsuda ev yanıb

Bakıda və Ağsuda yanğın hadisəsi qeydə alınıb.

Son.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, Bakının Xətai rayonunda ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 17 m2 sahədə və 1 otağın dam örtüyü 15 m2 sahədə yanıb.  Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

Ağsu rayonunda isə ümumi sahəsi 216 m2 olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 5 otağın yanar konstruksiyaları 108 m2 sahədə və dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.