“WhatsApp”da yeni fırıldaq: hesabdan 50 dollar silinir


Digərləri 03 İyl 2018 08:11:00 271 0

“WhatsApp”da yeni fırıldaq: hesabdan 50 dollar silinir

ESET şirkəti "WhatsApp" messencerində yeni fırıldaqçılıq üsulu qeydə alıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu dəfə hakerlər cihazı virusla yoluxdurmur, istifadəçinin etimadından istifadə edərək onları ödənişli xidmətlərə abunə edirlər.

Bu ödənişli xidmət istifadəçilərə aylıq olaraq 49,99 dollara başa gəlir. Belə ki, messencerdə istifadəçilərə tanınmış brendlərin məhsulları haqqında məlumat göndərilir və hədiyyənin əldə edilməsi üçün həmin keçidə keçməyi təklif edilir. Bu baş verən zaman isə sayt avtomatik olaraq cihazı müəyyən edir və əgər bu keçid smartfondan baş verirsə, istifadəçi səhifəyə keçir, bu zaman istifadəçinin olduğu ölkənin səhifəsinə keçid baş tutur.