Virtual pullar bazarında QİYMƏTLƏR ucuzlaşır


Digərləri 03 İyl 2018 08:14:00 176 0

Virtual pullar bazarında QİYMƏTLƏR ucuzlaşır

Dünyada ən populyar kriptovalyuta olan bitkoin son bir neçə gün ərzində enişli-yoxuşlu sərgiləyib

Bakı. Dünyada ən populyar kriptovalyuta olan bitkoin son bir neçə gün ərzində enişli-yoxuşlu sərgiləyib. Trend-in məlumatına görə, 6 min dollar ətrafında alınıb satılmaqda davam edən bitkoin həftəyə cüzi ucuzlaşma ilə başlayıb. "CoinMarketCap" portalının məlumatına əsasən bitkoinin qiyməti son sutka ərzində 0,87% ucuzlaşaraq 6 322 dollar təşkil edib. Alternativ kriptovalyutalar da ucuzlaşma nümayiş etdirib. Belə ki, "Ethereum" 1,1% və ya 448,36 dollaradək ucuzlaşıb, "Ripple" 0,74% (0,45 dollara qədər), "Bitcoin Cash" 1,49% (727,83 dollaradək) ucuzlaşıb. Kriptovalyuta bazarının kapitallaşması hazırda 2551 milyard dollar təşkil edir və bunun 42,5 faizi bitkoinin payına düşür.