Ölkə ərazisində işıqların sönməsinə havaların kəskin isti keçməsi səbəb olub


Digərləri 03 İyl 2018 08:05:00 492 0

Ölkə ərazisində işıqların sönməsinə havaların kəskin isti keçməsi səbəb olub

Nəticədə Azərbaycan İES-nin yarımstansiyalarından birində qəza baş verib

Bakı və ölkənin digər rayon və şəhərlərinin elektrik enerjsi ilə təchizatında fasilənin yaranmasına gətirib çıxaran qəzanın ilkin səbəbi açıqlanıb.

Son.az "Report"a istinadən bildirir ki, "Azərbaycan" İES-in tərkibinə daxil olan yarımstansiyalardan birində qəzanın baş verməsinə son günlər havaların kəskin isti keçməsi səbəb olub.

Bildirilir ki, qəza yarımstansiyanın soyutma sistemlərində yaranan nasazlıqla əlaqədardır. Havaların kəskin isti keçməsi həmin soyutma sistemlərinin fəaliyyətinə mənfi təsir göstərib. Nəticədə qəza baş verib.

Qarşıdakı bir neçə saat ərzində elektrik enerjisinin verilişi bərpa olunacaq.