Məktəblərin 150 metrinədək olan məsafədə uşaqlar üçün qadağan edilən informasiya məhsullarının yayılmasına icazə verilməyəcək


Digərləri 03 İyl 2018 08:01:00 273 0

Məktəblərin 150 metrinədək olan məsafədə uşaqlar üçün qadağan edilən informasiya məhsullarının yayılmasına icazə verilməyəcək

Məsələ Milli Məclisdə I oxunuşda qəbul edilən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsində öz əksini tapıb.

Bakı. İlhamə İsabalayeva - Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssilərində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət, istirahət və sağlamlaşdırma müəssisələrində və ya həmin müəssisələrdən 150 metrdən az məsafədə yayılmasına yol verilməyəcək. Trend-in məlumatına görə, bu məsələ Milli Məclisdə I oxunuşda qəbul edilən "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsində öz əksini tapıb. Layihədə uşaqlar üçün qadağan olunan informasiya məhsullarının dövriyyəsinə qoyulan digər əlavə tələblər də müəyyən edilib.