Yaranmış enerji fasiləsi ilə bağlı bəzi marşrutların istiqaməti dəyişdirilib


Digərləri 03 İyl 2018 07:38:00 290 0

Yaranmış enerji fasiləsi ilə bağlı bəzi marşrutların istiqaməti dəyişdirilib

Bakı Nəqliyyat Agentliyi ötən gecə paytaxtın enerji təminatında yaranmış vəziyyətin nəqliyyat sisteminə, o cümlədən sərnişindaşıma və yol hərəkətinin təşkili işlərinə mümkün mənfi təsirlərini azaltmaq məqsədi ilə gecə saatlarından zəruri tədbirlər görüb

.Agentlikdən Son.az-a verilən məlumata görə, əsas diqqət iyulun 3-ü səhər saatlarında sərnişindaşımada yarana biləcək çətinliklərin qarşısının alınmasına yönəldilib.

"Bakı Metropoliteni QSC ilə koordinasiyalı iş qurulub. Elektrik enerji təminatındakı, mövcud vəziyyətlə əlaqədar Bakı Metropoliteninin "Avtovağzal" stansiyası fəaliyyət göstərmədiyindən həmin istiqamətdə fəaliyyət göstərən marşrut xətləri üzrə nəqliyyat vasitələrinin sayının artırılıb. Yarana biləcək sərnişin sıxlığının aradan qaldırılması üçün Sumqayıt və ətraf ərazilərdən "Avtovağzal" metrostansiyasına gələn 142 və 91 nömrəli marşrut xətləri üzrə avtobuslar stansiyanın fəaliyyəti bərpa edilənədək metronun "Memar Əcəmi", 158 və 130 nömrəli marşrut xətləri üzrə avtobuslar "20 Yanvar" stansiyasınadək hərəkət edəcək" deyə, məlumatda qeyd olunub.