Smartfon alanların sayı artır


Digərləri 03 İyl 2018 07:41:00 230 0

Smartfon alanların sayı artır

"Pew Research Center" tədqiqat şirkəti dünyanın müxtəlif ölkələrində smartfonların populyarlığına həsr edilən növbəti tədqiqatın nəticələrini dərc edib.

Son.az ICTnews-a istinadən bildirir ki, reytinqə smartfonların mobil qurğular bazarında 94 faizə sahib çıxdığı Cənubi Koreya liderlik edir. İkinci yerdə rəyi soruşulan 100 nəfərin 83-ü smartfondan istifadə edən, lakin 3 faizi mobil qurğuya ehtiyac duymayan İsrail qərarlaşıb.

Məlumata görə, ABŞ reytinqdə 8-ci pillədə yer alıb. Ölkədə mobil qurğu istifadəçilərinin 77 faizi smartfonlara üstünlük verir.