Mingəçevir İESda baş verən hadisə Azərbaycan Prezidentinin daim nəzarətindədir


Siyasət 03 İyl 2018 07:34:00 473 0

Mingəçevir İESda baş verən hadisə Azərbaycan Prezidentinin daim nəzarətindədir

İyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb. Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatına əsasən, yarımstansiyada dərhal təmir bərpa işlərinə başlanıb.

Vəziyyət Azərbaycan Respublikası Prezidentinin daim nəzarətindədir.