Samsung smartfonlarının sahibləri şikayət edirlər


Digərləri 03 İyl 2018 07:22:00 283 0

Samsung smartfonlarının sahibləri şikayət edirlər

"Reddit" portalının istifadəçiləri iddia edirlər ki, "Samsung"un istehsalı olan smartfonlar istifadəçidən icazəsiz onun albomundakı şəkli göndərə bilər.   Son.az ICTnews-a istinadən bildirir ki, müzakirə iştirakçılarından birinin sözlərinə görə, ona məxsus "Galaxy S9+" smartfonu bütün şəkil qalereyasını SMS ilə onun sevgilisinə göndərib. Eyni problemlə üzləşmiş başqa istifadəçi qeyd edib ki, mesajların göndərilməsi mobil operatorun loq fayllarında qeyd edilməsə də, ancaq fayllar göndərilib.   Məlum olub ki, başlanğıc ayar kimi SMS göndərilməsi üçün istifadə edilən "Samsung Messages" proqramının yenilənməsindən sonra boşluq yaranır. İstifadəçilər bu problemin həlli üçün Cənubi Koreya şirkətinin sahiblərinə proqramın cihazın daxili yaddaşına girişini deaktiv etməyi təklif ediblər.   "Samsung" hələ ki bu səhv haqqında informasiya ilə bağlı məlumat verməyib.