Elektron məlumatlar üçün vahid bazar yaradılacaq


Digərləri 03 İyl 2018 07:11:00 240 0

Elektron məlumatlar üçün vahid bazar yaradılacaq

Avropa Birliyi ölkələri öz vətəndaşlarına şəxsi həyata aid olmayan informasiyanı Avropa Birliyinin başqa dövlətlərində yerləşən serverlərdə saxlamağa imkan verərək elektron məlumatların saxlanılması üzrə vahid Avropa bazarının yaradılmasını təqdir ediblər.   Son.az ICTnews-a istinadən bildirir ki, Bolqarıstanın nəqliyyat, informasiya texnologiyaları və rabitə naziri İvalyo Moskovski bildirib ki, bu qanun layihəsi "məlumat iqtisadiyyatı"nın böyük potensialını aşkar etməyə imkan yaradacaq. Bu o deməkdir ki, Avropa Birliyinin ərazisində fəaliyyət göstərən şirkət və dövlət təşkilatları şəxsi xarakter daşımayan məlumatları Avropa Birliyinin istənilən yerində saxlaya və emal edə bilərlər.   Gözləntilərə görə, məlumatların saxlanılması və işlənməsi üzrə lokal məhdudiyyətlərin aradan qaldırılması rəqabəti gücləndirəcək ki, bu da bazarda qiymətlərin aşağı düşməsinə və innovasiyaları stimullaşdırmağa kömək edəcək.