Mingəçevirdəki "Azərbaycan" İES-də qəza olub, Bakı və əksər rayonlar işıqsız qalıb - YENİLƏNİB
Sosial 03 İyl 2018 00:50:00 328 0
Hazırda hadisənin səbəbləri araşdırılır
Mingəçevir şəhərində yerləşən "Azərbaycan" İES-də qəza baş verib.
“Report”un Şirvan bürosu xəbər verir ki, ehtimala görə, İES-də enerji bloklarından birinin fəaliyyətini dayandırması nəticəsində Bakı və Sumqayıt şəhərləri də daxil olmaqda, Şirvan, Gəncə, Ağdaş, Bərdə, Qax, Zaqatala və digər əksər rayonlarda işıqlar sönüb.
Hadisə ilə əlaqədar olaraq "Azərişiq" ASC-nin sədri Baba Rzayev başda olmaqla bütün işçilər təcili qaydada işə çağırılıb. Hazırda hadisənin səbəbləri araşdırılır. Bunu "Report"a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev təsdiq edib.
Tezliklə ətraflı məlumat veriləcək.
***00:31
Bakı. 3 iyul.
Mənbə: report.az