"Azərbaycan" İES-də qəza nəticəsində yanğın baş verib


Sosial 03 İyl 2018 01:47:02 292 0

"Azərbaycan" İES-də qəza nəticəsində yanğın baş verib

Stansiya ərazisinə giriş məhdudlaşdırılıb

Mingəçevir şəhərində yerləşən "Azərbaycan" İES-nin yarımstansiyasında qəza nəticəsində yanğın baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları və təcili tibbi yarım xidmətinin əməkdaşları cəlb olunub.

Məlumata görə, hadisə enerji bloklarından birində baş verib. Hazırda ölən və ya yaralananların olması barədə məlumat yoxdur.

Stansiya ərazisinə giriş məhdudlaşdırılıb.