Energetika Nazirliyi və “Azərenerji” ASC: Ölkə üzrə mərhələli şəkildə elektirik enerjisinin təminatı bərpa edilməkdədir


Digərləri 03 İyl 2018 04:40:00 247 0

Energetika Nazirliyi və “Azərenerji” ASC: Ölkə üzrə mərhələli şəkildə elektirik enerjisinin təminatı bərpa edilməkdədir

Bir necə gündür havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq elektrik enerjisinə tələbatın kəskin şəkildə artması (təqribən 40 faiz) və elektrik avadanlıqlarının istismarında açılmalar nəticəsində baş vermiş qəzanın nəticələri aradan qaldırılır.

Bakı. Bir necə gündür havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq elektrik enerjisinə tələbatın kəskin şəkildə artması (təqribən 40 faiz) və elektrik avadanlıqlarının istismarında açılmalar nəticəsində baş vermiş qəzanın nəticələri aradan qaldırılır. Trend-in məlumatına görə, bu barədər Energetika Nazirliyi və “Azərenerji” ASC-nin birgə operativ məlumatında deyilir. Məlumatda qeyd olunur: "Elektrik enerjisi təminatı Şimal və Qərb bölgələrində tam, Mərkəzi Aran bölgəsində 60 faiz, Bakı şəhərinin Yasamal rayonunda 100 faiz, Sabuncu 30, Xəzər rayonunda 80 faiz, Binəqədi rayonunda 90 faiz, Nəsimi rayonunda 40 faiz, Nərimanov rayonunda 30 faiz, Səbail rayonunda 20 faiz və Nizami rayonunda 10 faiz bərpa olunub.