Yanğın baş verib, 90 yaşlı qadın tüstüdən zəhərlənib


Digərləri 02 İyl 2018 23:49:00 333 0

Yanğın baş verib, 90 yaşlı qadın tüstüdən zəhərlənib

Mingəçevir şəhərinin bağlar yaşayış massivində yanğın baş verib.

Son.az report.az-a istinadən bildirir ki, hadisə 1928-ci il təvəllüdlü Karazinova Qalina İvanovnanın fərdi təsərrüfatında qeydə alınıb.

Əraziyə FHN-in yanğınsöndürmə briqadası və təcili yardım xidmətinin əməkdaşları cəlb olunub.

Yanğın nəticəsində evin elektrik təsərrüfatı və həyətdə yerləşən tikili yanaraq yararsız vəziyyətə düşüb.

Tüstüdən zəhərlənən qadın təxliyyə olunub. Ona yerindəcə tibbi yardım göstərilib.

Qadının evi yanğından mühafizə olunub.