İsti havalarda sürücülər DİQQƏTLİ OLSUN! VİDEO


Digərləri 02 İyl 2018 23:07:00 320 0

İsti havalarda sürücülər DİQQƏTLİ OLSUN!  VİDEO

Havaların anomal isti keçməsi səbəbi ilə avtomobillərdə tez-tez nasazlıqlar yaşanır. Son.az bildirir ki, ən çox müşahidə edilən nasazlıq isə avtomobilin mühərrikini soyudan mayenin həddindən artıq qızması və mühərriki sıradan çıxarmasıdır. Xüsusən də istehsal ili 10 ili ötmüş avtomobillərdə bu hal daha çox müşahidə edilir.

Ustalar isə sürücüləri diqqətli olmağa çağırır. Mühhəriki soyudan mayenin qızmasına bir neçə amil səbəb ola bilər.

Əgər sürücü avtomobildə temperaturun normadan çox artıdığını görürsə bu zaman avtomobili gücə salmamaq, tıxaclı yola girməmək və kənara çəkib saxlamaq lazımdır. Hətta əgər imkan varsa ön barmağlığa su vurulmasıda yaxşı olar.