AZPROMO-nun vitse-prezidenti ixracatçıları ölkədə yaradılmış əlverişli şəraitdən yararlanmağa dəvət edib


Digərləri 02 İyl 2018 21:33:00 207 0

AZPROMO-nun vitse-prezidenti ixracatçıları ölkədə yaradılmış əlverişli şəraitdən yararlanmağa dəvət edib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2018-ci il qərarına əsasən, “İxrac təşviqinin ödənilməsi Qaydası”na dəyişikliklər edilib və ixrac təşviqi şamil olunan qeyri-neft məhsullarının sayı artırılıb.

Bakı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2018-ci il qərarına əsasən, “İxrac təşviqinin ödənilməsi Qaydası”na dəyişikliklər edilib və ixrac təşviqi şamil olunan qeyri-neft məhsullarının sayı artırılıb. Belə ki, artıq Azərbaycandan ixrac edilən yumurta, qabığı təmizlənmiş meşə fındığı, zeytun yağı və meyvə çaxırlarına (üzüm çaxırı istisna olmaqla) da ixrac təşviqi mexanizminin tətbiq edildiyi məhsulların siyahısına daxil edilib. Trend-ə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən verlən məlumata əsasən, sahibkarların məlumatlandırılması məqsədi ilə Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə keçirilən tədbirdə 40-a yaxın sahibkar iştirak edib. AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev özəl bölmənin inkişafına göstərilən dövlət dəstəyi tədbirləri barədə məlumat verib, ixrac təşviqinin ödənilməsi mexanizminin tətbiq edildiyi məhsulların sayının artırılmasının sahibkarlar üçün əlavə imkanlar yaratdığını vurğulayıb, ixracatçıları yaradılmış əlverişli şəraitdən yararlanmağa dəvət edib.