“Öldürsənə məni, Caniko” tamaşasının premyerası olacaq (FOTO)


Digərləri 02 İyl 2018 20:41:44 277 0

“Öldürsənə məni, Caniko”  tamaşasının premyerası olacaq (FOTO)

Əziz Nesinin “Öldürsənə məni, Caniko” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçiriləcək.

Bakı. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Əziz Nesinin “Öldürsənə məni, Caniko” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçiriləcək. Teatrdan Trend-ə verilən məlumata görə, premyera iyulun 8-də saat 19:00-da olacaq. Tamaşada Xalq artisti Naibə Allahverdiyeva, Əməkdar artist Qəmər Məmmədova, aktyorlar Allahverdi Yolçuyev, Təhminə Məmmədova, Müşfiq Əliyev, Bəhram Həsənov, Anar Seyfullayev və Anar Səfiyev rol alıb. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rejissoru Müşfiq Əliyev, rejissor assistenti Sona Mustafayevadır.