Azərbaycan alimləri Sinqapurda beynəlxalq konfransda iştirak ediblər


Digərləri 02 İyl 2018 20:28:00 303 0

Azərbaycan alimləri Sinqapurda beynəlxalq konfransda iştirak ediblər

Sinqapurun Nanyan Universitetində beynəlxalq konfrans keçirilib.

Bakı. Sinqapurun Nanyan Universitetində beynəlxalq konfrans keçirilib. Konfransın təşkilat üzvləri sırasında olan Bakı Dövlət Universitetinin Hesablama riyaziyyatı kafedrasının müdiri, professor Qalina Mehdiyevanın elmi fəaliyyəti haqqında konfransın rəsmi saytında geniş məlumat verilib. Universitetdən Trend-ə verilən məlumata görə, konfransda iştirak edən hesablama riyaziyyatı kafedrasının dosenti Mehriban İmanovanın plenar iclasın əsas çıxışçısı kimiməruzəsi maraqla qarşılanıb və konfransın rəsmi saytına daxil edilib. Dosent M.İmanova Yunanıstan, Fransa, Avstriya, Niderland və s. kimi ölkələrdə keçirilən beynəlxalq konfranslarda Azərbaycan riyaziyyat elmini ləyaqətlə təmsil edib və bu ilin fevralında dünyanın elm məbədlərindən biri hesab olunan Kembric Universitetinin keçirdiyi konfransda da uğurla çıxış edib.