Bakının mərkəzində nadir əbabil quşu tapılıb


Digərləri 02 İyl 2018 20:01:36 926 0

Bakının mərkəzində nadir əbabil quşu tapılıb

Bakıda nadir quşlardan biri tapılıb.

Bakı. Samir Əli - Bakıda nadir quşlardan biri tapılıb. Bu barədə Trend-ə Bakı şəhər sakini Orxan Quliyev məlumat verib. O.Quliyevin sözlərinə görə, əbabil quşu adlanan canlı Bakının Nəsimi rayonu ərazisində tapılıb: "Dünən axşam saatlarında paytaxtın Nəsimi rayonu, 5-ci mikrorayon, 20 Yanvar küçəsi, 22 ünvanındakı yaşıllıqda gördük. Qəribə quş idi. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verdik".