Beynəlxalq Bankdan polis işçiləri üçün komissiyasız, zaminsiz, endirimli kredit kampaniyası


Digərləri 02 İyl 2018 19:51:00 353 0

Beynəlxalq Bankdan polis işçiləri üçün komissiyasız, zaminsiz, endirimli kredit kampaniyası

Azərbaycan Beynəlxalq Bankı polislərin peşə bayramı münasibətilə onlar üçün özəl kredit kampaniyasına başlayıb.

Bakı. Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankı polislərin peşə bayramı münasibətilə onlar üçün özəl kredit kampaniyasına başlayıb. Bankdan Trend-ə verilən məlumata görə, 2 iyul “Polis günü” ərəfəsində start verilən kampaniya çərçivəsində bankın əməkhaqqı və pensiya kartına sahib asayiş keşikçilərimiz nağd pul kreditini bankdan güzəştli şərtlərlə ala bilərlər. Kampaniyanın özəllikləri: • Kreditin məbləği - 20.000 manatadək • Kreditin müddəti - 60 ayadək • İllik faiz dərəcəsi - 2% endirimlə, 23%-dən başlayaraq