Sabah Bakının bu hissələrində qaz olmayacaq


Digərləri 02 İyl 2018 19:45:00 264 0

Sabah Bakının bu hissələrində qaz olmayacaq

"Qaz İxrac" İdarəsinin magistral qaz kəməri sahəsində cari təmir işləri aparılacaq.

Son.az bildirir ki, "Azəriqaz" İB-dən Trend-ə verilən məlumata görə, diametri 720 mm-lik "Qaradağ-Digah" magistral qaz kəmərinin 23-24-cü kilometrlər arasında dayaqlar üzərinə qaldırılması zərurəti ilə əlaqədar, iyulun 3-də saat 10:00-dan təmir işləri tamamlananadək Nəsimi rayonu Tibilisi prospekti və 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor, Sulutəpə, Xocahəsən qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.