Jirinovski futbolda yeni qaydalar təklif edir


Dünya 02 İyl 2018 19:30:00 239 0

Jirinovski futbolda yeni qaydalar təklif edir

"Futbolda qaydalar dəyişməli, hakimlər meydandan götürülməlidir".

Son.az report-a istinadən xəbər verir ki, bunu Rusiya Liberal-Demokrat Partiyasının sədri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski "Rossiya 1"ə müsahibəsində deyib.

O bildirib ki, hakimlər oyuna maneəçilik törədirlər: "Heç bir əlavə vaxt, penalti, ofsayd, cərimə zərbəsi təyin olunmamalıdır. Oyun dayananadək oynamaq lazımdır. Top meydanda və ayaqdadırsa, heç bir fit çalınmamalıdır. Ümumiyyətlə, hakim kabinetdə oturmalıdır".