Ermənilər Azərbaycana təcavüz barədə veriliş hazırlayan jurnalistə qarşı hücuma keçiblər VİDEO


Digərləri 02 İyl 2018 19:15:00 279 0

Ermənilər Azərbaycana təcavüz barədə veriliş hazırlayan jurnalistə qarşı hücuma keçiblər  VİDEO

Bolqarıstan mediasında Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı geniş material yayımlanıb.

Xarici İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, 2016-cı ilin aprel hadisələrindən sonra Bolqarıstanın BTV telekanalı Dağlıq Qarabağa gedib.

Azərbaycan XİN-nin etirazından sonra Azərbaycana çəkiliş qrupu göndərilib. Bolqarıstan mediası təmas xəttində vəziyyət, erməni vəhşiliyi, Xocalı soyqırımı, o cümlədən münaqişə ilə bağlı ölkəmizin mövqeyi barədə obyektiv veriliş hazırlayıb.

Bu verilişə görə Bolqarıstan erməniləri jurnalistə və televiziyaya qarşı hücuma keçiblər, təhdidlərə başlayıblar.