Latviya ilə ikitərəfli avtomobil daşımaları artırılacaq FOTO


Digərləri 02 İyl 2018 17:36:00 273 0

Latviya ilə ikitərəfli avtomobil daşımaları artırılacaq  FOTO

Bakıda Azərbaycanla Latviya arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində "Azərbaycan-Latviya Qarışıq Komissiyası"nın növbəti iclası keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, görüşdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, Latviya nümayəndə heyətinə Latviya Rabitə Nazirliyinin Avtomobil Nəqliyyatı Departamentinin direktoru Talivaldis Veçtirans rəhbərlik edib.

T.Veçtirans Latviyada son vaxtlar beynəlxalq avtomobil daşımaları sahəsində qəbul edilən qanunlar, yeni sistemlə tətbiq edilən yol vergiləri ödənişləri, eyni zamanda nəqliyyat vasitələrinin sürücülərinin iş və istirahət rejimini qeydiyyata alan rəqəmli taxoqrafların tətbiqi barədə ətraflı məlumat verib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi H.Həsənov son illər ölkəmizdə həyata keçirilən irimiqyaslı islahatlardan, Azərbaycan-Latviya ikitərəfli əlaqələrindən, həmçinin yol-nəqliyyat strukturundakı yeniliklərdən, həyata keçirilən regional layihələrdən danışıb.


Xəbərə aid fotolar