"Prapirun" Yaponiyanı viran qoydu, ölən və yaralananlar var


Digərləri 02 İyl 2018 17:27:00 263 0

"Prapirun" Yaponiyanı viran qoydu, ölən və yaralananlar var

Yaponiyada "Prapirun" qasırğası insan tələfatına səbəb olub.

Bakı. Yaponiyada "Prapirun" qasırğası insan tələfatına səbəb olub. Trend-in məlumatına görə, artıq bir neçə gündür ki, güclü küləklə müşayiət olunan leysan yağışları nəticəsində 5 nəfər xəsarət alıb, 1 nəfər həyatını itirib. Güclü qasırğa Cənubi Koreyada da fəsadlara yol açıb. Burada ölən və xəsarət alan var, hətta 2 nəfərin itkin düşdüyü bildirilir.