ABŞda terror aktının qarşısı alındı


Dünya 02 İyl 2018 17:10:00 233 0

ABŞda terror aktının qarşısı alındı

ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları Ohayo ştatının Klivlend şəhərində planlaşdırılan terror hücumunun qarşısını alıb.

Son.az report-a istinadən xəbər verir ki, terror iyulun 4-də - ABŞ-ın Müstəqillik Günündə həyata keçiriləcəkmiş.

Planlaşdırılan terror hadisəsi ilə əlaqədar bir nəfər həbs edilib. O, xaricdə terror təşkilatına dəstək verməkdə ittiham olunur.