Luka Modriç: “Əsas odur ki, məqsədimizə çatdıq”


İdman 02 İyl 2018 16:48:00 310 0

Luka Modriç: “Əsas odur ki, məqsədimizə çatdıq”

Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç Danimarka yığmasına qalib gəldikləri oyundan sonra açıqlama verib.

Goal.az xəbər verir ki, o danışarkən qarşılaşmanın çox çətin keçdiyini deyib: “Hava çox isti idi . Qaçmaq olmurdu. Ancaq biz çətinliklərə dözdük. Oyunun talehini əsas vaxtda da həlledə bilərdik . Əsas odur ki,dörddəbir finala çıxdıq. Məqsədimizə çatdıq. Oyun vaxtı penaltini qola çevirə bilmədiyim üçün təəssüflənirəm. Halbuki belə vəziyyətdə Şmeyhelin qapısından qol vurmaq üçün çox məşq etmişdim.”

Xatıladaq ki, mundialın 8 / 1 final mərhələsində keçirilən Xorvatiya – Danimarka matçının əsas vaxtında heç – heçə qeydə alınıb- 1:1. Oyunun qalibi penaltilər seriyasında müəyyənləşib. Zərbələri daha dəqiq yerinə yetirən xorvatlar (3: 2) növbəti mərhələyə çıxıblar.