Unibankdan korporativ müştərilər üçün yeni kampaniya: Plastik kartı pulsuz al!


Digərləri 02 İyl 2018 16:34:00 301 0

Unibankdan korporativ müştərilər üçün yeni kampaniya: Plastik kartı pulsuz al!

Unibank hüquqi şəxs olan bütün müştərilərinə pulsuz plastik kart  hədiyyə edir. İyulun sonunadək Unibankda hesab açan müştərilərə plastik kartlar pulsuz veriləcək. Kampaniya müddətində indiyədək Unibankda hesabı olmuş bütün hüquqi şəxslər də banka yaxınlaşaraq, biznes kartları pulsuz əldə edə bilərlər. Ölkəmizdə nağdsiz ödənişlərin dövriyyəsinin artması ilə bağlı biznes kartlara ehtiyac çoxaldığından, Unibankın bu kampaniyası biznes sahiblərinə dəstək xarakteri daşıyır. 

Hesaba bağlı plastik kart biznes sahiblərinə bir çox üstünlüklər verir. Bu kart hüqüqi şəxs olan müştəriyə banka gəlmədən, şirkətin hesabındakı vəsaitdən istədiyi vaxt, 24/7 istifadə etməyə imkan verəcək. 

Unibankın biznes müştərisi olmaq hansı üstünlüklər verir?

- Sərfəli tariflər;

- Dünyanın istənilən yerindən hesablarınızın məsafədən və təhlükəsiz idarə olunması imkanı;

- Hesabın bir neçə dəqiqə ərzində bron edilməsi;

- Kartların pulsuz sifarişini mümkün edən sərfəli əmək haqqı layihəsi, ölkəmizdəki bütün bankomatlardan əmək haqqını komissiyasız nağdlaşdırma imkanı;

- Kassa kəsirlərinin qarşısının alınması üçün lazımı məbləğdə overdraftların ayrılması;