Təlimlərdə iştirak edən qoşunlar əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edir (FOTO/VİDEO)


Digərləri 02 İyl 2018 16:01:00 231 0

Təlimlərdə iştirak edən qoşunlar əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edir (FOTO/VİDEO)

Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.

Bakı. Genişmiqyaslı təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edir. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.